Azərbaycanda qeydiyyata alınan hepatit xəstələrinin sayı açıqlanıb
Azərbaycanda qeydiyyata alınan hepatit xəstələrinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən "Sizinxeber.az"un sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü ildə ölkənin tibb müəssisələrində həyatında ilk dəfə viruslu hepatitə yoluxan 634 xəstə qeydə alınıb.
"Onlardan da 51-i hepatit B, 142-si hepatit C-dir", - Komitədən bildirilib.
Qeyd edək ki, hər il iyulun 28-də Ümumdünya Hepatitlə Mübarizə Günü qeyd edilir. Hepatit virusları bəşəriyyətin sağlamlığı üçün əsas risk amillərindən biri hesab edilir. ÜST Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikasının və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.
Oxşar xəbərlər
Qəzzada Hepatit A virusuna yoluxanların sayı 40 min nəfərə çatıb
“Liver International”: Böyrəklər hepatit E virusunu gizlədə bilər
Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb
Azərbaycanda Hepatit A virusu ilə bağlı son vəziyyət açıqlanıb
TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













