TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb
İl ərzində yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunan 80 ədəd təcili tibbi yardım avtomobili alınıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
TƏBİB tabeli tibb müəssisələrində təmir işlərinə toxunan V.Qurbanov bildirib ki, Klinik Tibbi Mərkəzin 2 əsas korpusunun əsaslı təmir layihələndirilməsi üzrə tender prosesinə, Respublika Klinik Xəstəxanasının isə tam əsaslı təmir işlərinə başlanılıb. Eyni zamanda, Nərimanov Tibb Mərkəzinin yenidən qurulması həyata keçirilir.
O həmçinin xəstələrin dərman təchizatı məsələsinə də toxunub:
"Hazırda şəkərli diabet xəstələrinin vahid elektron registrində qeydiyyatda olan ümumi xəstə sayı 322 min 353 nəfərdir ki, onlar da zəruri preparatlarla təmin olunub.
B və C virus hepatitli xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiyasının dekabrın 1-nə olan məlumatlara əsasən 512 xəstə 6 aylıq periodlarla hepatit B əleyhinə, 1 055 xəstə isə il ərzində hepatit C əleyhinə dərman vasitələri ilə təmin edilib".
Oxşar xəbərlər
Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətiriləcək
Bu il 80 təcili tibbi yardım maşını alınıb
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi üzrə birləşdirmə prosesi başa çatıb
Tibb müəssisələrinin tərkibindəki 38 Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsi vahid mərkəzdə birləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













