Azərbaycan Bişkekdə müasir uşaq xəstəxanası inşa edəcək
Azərbaycan Qırğızıstanın paytaxtında uşaq xəstəxanası inşa edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu Qırğızıstan Prezidentinin işlər müdiri Kanıbek Tumanbayev bildirib.
Qırğızıstan mediası K.Tumanbayevə istinadən bildirir ki, bununla bağlı qərar iki ölkənin prezidentləri arasında aparılan danışıqlar zamanı qəbul edilib.
İlkin olaraq tikinti işlərinin İssık-Kul vilayətində aparılması planlaşdırılırdı, lakin Prezident Sadır Japarovun Azərbaycana rəsmi səfərindən sonra tibb müəssisəsinin məhz Bişkekdə tikilməsinə qərar verilib.
Hazırda hazırlıq işləri aparılır. Yeni xəstəxananın tam təchiz edilmiş müasir müalicə müəssisəsi olacağı gözlənilir.
K.Tumanbayev əlavə edib ki, xəstəxana Azərbaycanın Qırğızıstana hədiyyəsi olacaq.
Oxşar xəbərlər
Türkiyə və Macarıstan liderləri Qırğızıstana səfər edəcəklər
Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb
Sadır Japarov Azərbaycanda ECO sammitində iştirak edəcək
Tacikistan və Qırğızıstan arasında sərhəd açılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
