İçərişəhərdə əmək yarmarkası keçirilib, 322 aktiv iş yeri təqdim edilib
sizinxeber.az xəbər saytı

İçərişəhərdə əmək yarmarkası keçirilib, 322 aktiv iş yeri təqdim edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) birgə təşkilatçılığı ilə İçərişəhərdə əmək yarmarkası baş tutub.

"Report" xəbər verir ki, bu barədə "İçərişəhər" DTMQİ-nin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, aktiv məşğulluq tədbirində iştirak edənlər təqdim edilən iş elanları və onların tələbləri ilə yaxından maraqlanıblar. İşəgötürənlər isə öz növbəsində müəssisələrinin fəaliyyət istiqamətləri, əməkdaş seçimində prioritet kriteriyalar və işə qəbul prosesi haqqında ətraflı məlumat veriblər.

Yarmarkada 33 işəgötürən tərəfindən ümumilikdə 322 aktiv iş yeri təqdim edilib. Ziyarətçilərə mövcud ştatlar üzrə əmək öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin şəxsi məlumat vərəqələri (tərcümeyi-halları) qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

Yarmarkada Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz xüsusi stendləri ilə fəal iştirak ediblər.

Proses çərçivəsində işsiz və işaxtaran şəxslərə peşə kursları, müraciət qaydaları barədə geniş məlumat verilib, həmçinin onlara peşəkar karyera məsləhəti xidmətləri göstərilib.

Eyni zamanda, tədbirə qatılan vətəndaşlar Agentlik tərəfindən icra olunan digər aktiv məşğulluq layihələri barədə də faydalı məlumatlar alıblar.

Oxşar xəbərlər

Zəngilanda növbəti əmək yarmarkası keçirilib
Cəbrayıl rayonunda əmək yarmarkası keçirilib
Laçında növbəti əmək yarmarkası keçirilib – YENİLƏNİB
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər