Türkiyə və Macarıstan liderləri Qırğızıstana səfər edəcəklər
Macarıstanın Baş naziri Viktor Orban noyabrın 5-də Qırğızıstana səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev bildirib.
Onun sözlərinə görə, Viktor Orban səfər çərçivəsində Qırğızıstan prezidenti Sadır Japarov ilə danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 11-ci Zirvə görüşündə iştirak edəcək.
“Yüksək səviyyəli danışıqlar zamanı Qırğızıstan-Macarıstan arasında strateji tərəfdaşlığın geniş spektri müzakirə ediləcək. Səfərin yekununda ikitərəfli əməkdaşlığın daha da inkişafı və möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması planlaşdırılır”.
Bundan başqa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da noyabrın 5-də Qırğızıstana dövlət səfərinə gələcək:
“Səfər çərçivəsində Türkiyə lideri Qırğızıstan Prezidenti Sadır Japarovla danışıqlar aparacaq və Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 11-ci Zirvə görüşündə iştirak edəcək. Bişkekdə dövlət başçıları arasında məhdud tərkibdə görüşün, eləcə də iki ölkə Prezidentlərinin sədrliyi ilə Strateji Əməkdaşlıq üzrə Ali Şurasının 6-cı iclasının keçirilməsi planlaşdırılır. Tərəflər Qırğızıstan-Türkiyə qarşılıqlı fəaliyyətinin geniş spektrini müzakirə edəcəklər”-deyə, Muratbek Azımbakiyev vurğulayıb.
Oxşar xəbərlər
Qırğızıstan Prezidenti Rusiyaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasında münasibətlər görünməmiş səviyyəyə çatıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Nyu-Yorkda Yunanıstanın Baş naziri ilə danışıqlar aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Macarıstanı Aİ sədrliyindən uzaqlaşdırmağa çalışırlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Albaniya və Serbiyaya rəsmi səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












