Son altı ayda Azərbaycanda 22 minə yaxın şəxsi heyvan dişləyib
Bu ilin 6 ayında Azərbaycanda 22 minə yaxın dişləməsi hadisəsi olub
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
Onun sözlərinə görə, dişləmə hadisələri ötən ilin 6 ayı ilə müqayisədə artıb, lakin quduzluq hadisəi qeydə alınmayıb.
O bildirib ki, canavar və tülki dişləməsi nəticəsində quduzluq riski daha yüksək olur.
A.Qurbanova dişləmə hadisələri zamanı həkiməqədər görülən ilk tibbi tədbirləri açıqlayıb:
"Zədə alınan nahiyə maksimum axar su altında yuyulmalıdır. 72% sabun varsa, həmin nahiyə yuyulmalıdır. Virusun məhv olunmasına bununla nail ola bilərik. Spirt, yodla da həmin an ilkin tibbi yardım edilə bilər. Artıq ikinci mərhələdə həkimə mütləq müraciət edilməlidir. Bundan sonra həkim müalicə kursu yazır".
Şöbə müdiri əlavə edib ki, dişləmə hallarında atirabik vaksin yalnız tibb məntəqəsində vurulmalıdır:
"İstənilən heyvan dişləməsi, cırmaqlanma və tüpürcəkləmədə ilkin tibbi yardımdan sonra yalnız həkim nəzarətində bu vaksini vurmaq lazımdır. Xəstəyə zədələnmənin 0, 3 və 7-ci günləri antirabik vaksin vurulur. Qeyri-şərti zamanı xəstəyə zədələnmənin 0, 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur".
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Bu il Azərbaycanda 29 min 489 heyvan dişləməsi qeydə alınıb
Bu il ölkə üzrə 25 mindən çox heyvan dişləməsi qeydə alınıb
TƏBİB sədri: Keçən illə müqayisədə təcili yardıma daxil olan çağırış və təxliyə sayı artıb
Bu ilin 6 ayı ərzində Azərbaycanda qızılcaya yoluxma qeydə alınmayıb - RƏSMİ
Şöbə müdiri: Tibbi sənədləşmə elektronlaşdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













