DÇ-2026: Özbəkistana qalib gələn Konqo pley-offa yüksəlib - YENİLƏNİB-7
sizinxeber.az xəbər saytı

DÇ-2026: Özbəkistana qalib gələn Konqo pley-offa yüksəlib - YENİLƏNİB-7


Futbol üzrə dünya çempionatında Konqo Demokratik Respublikası Özbəkistana qalib gəlib.

"Sizinxeber.az"un məlumatına görə, Atlanta stadionunda baş tutan K qrupunun III turunun matçında Konqo 3:1 hesablı qələbəyə sevinib.

Qələbə qazanan komandanın qollarını Yoan Vissa (68-pen, 90+1) və İbrahim Mayele (78) vurublar. Asiya təmsilçisinin heyətində isə Eldor Şomurodov 10-cu dəqiqədə diqqət mərkəzinə düşüb.

Bu nəticənin ardından xallarının sayını 4-ə çatdıran Konqo ən yaxşı qrup üçüncüləri arasına düşüb və pley-offa vəsiqə qazanıb. Xalsız Özbəkistan isə mundialla vidalaşıb.

Qeyd edək ki, Konqonun pley-offdakı rəqibi İngiltərə seçməsi olacaq.

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyununda dördüncü qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Atlanta stadionunda keçirilən K qrupunun III turunun matçında Konqo hesabdakı üstünlüyünü möhkəmləndirib - 3:1.

90+1-ci dəqiqədə Yoan Vissa dubl edib.

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyununda üçüncü qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Atlanta stadionunda keçirilən K qrupunun III turunun matçında Konqo hesabda irəli çıxıb - 2:1.

78-ci dəqiqədə İbrahim Mayele adını tabloya yazdırıb.

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyununda ikinci qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Atlanta stadionunda keçirilən K qrupunun III turunun matçında Konqo hesabı bərabərləşdirib - 1:1.

68-ci dəqiqədə Yoan Vissa penalti zərbəsini dəqiq yerinə yetirib.

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyununda ikinci hissə start götürüb.

"Sizinxeber.az"un məlumatına görə, Atlanta stadionunda keçirilən K qrupunun III turunun matçında asiyalılar hesabda irəlidədirlər - 1:0.

10-cu dəqiqədə Eldor Şomurodov topu qapıçının başı üzərindən tora göndərib.

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyununda ilk hissə başa çatıb.

"Sizinxeber.az"un məlumatına görə, Atlanta stadionunda keçirilən K qrupunun III turunun matçında asiyalılar hesabda irəlidədirlər - 1:0.

10-cu dəqiqədə Eldor Şomurodov topu qapıçının başı üzərindən tora göndərib.

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyununda ilk qol vurulub.

"Sizinxeber.az"un məlumatına görə, Atlanta stadionunda keçirilən K qrupunun III turunun matçında asiyalılar hesabda irəli çıxıblar - 1:0.

10-cu dəqiqədə Eldor Şomurodov topu qapıçının başı üzərindən tora göndərib.

Futbol üzrə dünya çempionatının Konqo Demokratik Respublikası - Özbəkistan oyunu başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, K qrupunun III turunun matçı Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı almaniyalı FIFA referisi Feliks Svayer idarə edir.

Oxşar xəbərlər

DÇ-2026: Konqo Özbəkistanla matçda daha bir qol vurub - YENİLƏNİR-6
DÇ-2026: Konqo - Özbəkistan matçında ilk hissə başa çatıb - YENİLƏNİR-2
DÇ-2026: Konqo - Özbəkistan matçında ikinci hissə start götürüb - YENİLƏNİR-3
DÇ-2026: Konqoya qalib gələn Kolumbiya ardıcıl ikinci qələbəsini qazanıb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər