Azərbaycanda nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb
Ötən il Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən beş xəstəlik növünə yoluxma qeydə alınıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata əsasən, 2024-cü ildə ən çox yoluxma halı exinokokkz (parazitar xəstəlik, əsasən tüklü heyvanlardan insanlara keçir və qaraciyər, ağciyər və digər orqanlarda kistlərin əmələ gəlməsinə səbəb olur) xəstəliyində rast gəlinib:
"Ən çox yoluxma halı 33 nəfər olmaqla exinokokkz xəstəliyində rast gəlinib. 10 nəfərdə cüzam (xroniki infeksion xəstəlik), 11 nəfərdə visseral və dəri leyşmanioz (insanlar və məməlilərə əsasən mığmığaların dişləməsi yolu ilə yoluxan protozoan xəstəlik), 2 nəfərdə isə quduzluq aşkarlanıb".
Qeyd edək ki, nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir. Son dəyişikliyə əsasən, siyahıda yer alan dərmanların sayı 123-ə çatıb.
Oxşar xəbərlər
Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb
İordaniyada 2024-cü ildə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
