DSMF sədri: BMT mükafatı Azərbaycanın sosial islahatlarına verilən yüksək qiymətdir
sizinxeber.az xəbər saytı

DSMF sədri: BMT mükafatı Azərbaycanın sosial islahatlarına verilən yüksək qiymətdir


BMT-nin mükafatı Azərbaycanın sosial müdafiə sahəsində həyata keçirdiyi islahatlara verilən yüksək qiymətdir.

"Sizinxeber.az"un Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisidə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, DSMF-nin "Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri" layihəsinin qalib seçilməsi Azərbaycanın sosial müdafiə sistemində son illər həyata keçirdiyi uğurlu islahatların beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

"BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təqdim olunan beynəlxalq mükafatın qalibi kimi Azərbaycanı təmsil etməkdən qürur duyuruq", - deyə Z.Mirzəyev vurğulayıb.

DSMF sədri qeyd edib ki, qurum üçün ən böyük mükafat Azərbaycan vətəndaşlarının etimadıdır:

"Məhz bu etimadı doğrultmaq üçün 2018-ci ildən etibarən inklüziv, şəffaf, əlçatan və hamı üçün ədalətli sosial müdafiə xidmətlərinin qurulması istiqamətində mühüm addımlar atılıb".

Onun sözlərinə görə, son illərdə sosial müdafiə sistemində aparılan rəqəmsal transformasiya beynəlxalq platformalarda mütəmadi olaraq təqdim edilir və öyrənilir.

Oxşar xəbərlər

DSMF BMT Forumunda mükafata layiq görülüb
Zəka Mirzəyev: Bakıda keçirilən beynəlxalq konfrans olduqca əlverişli bir platformadır
Ülvi Mehdiyev: Azərbaycanın dövlət xidmətləri modeli beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
DSMF sədri Göyçayda vətəndaşları qəbul edəcək
DSMF-yə yeni sədr təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər