İordaniyada 2024-cü ildə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
İordaniyada 2024-cü ildə meymunçiçəyinə ilk yoluxma qeydə alınıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İordaniya Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
“Yoluxmuş şəxs İordaniya vətəndaşı olmayan, lakin daimi olaraq ölkədə yaşayan kişidir. Dəridə səpkilər şəklində infeksiya əlamətləri görünən kimi o, karantinə göndərilib. Hazırda vəziyyəti sabitdir. Nazirlik epidemioloji vəziyyətə nəzarəti davam etdirir və digər yoluxma halları aşkar edilərsə, bu barədə vətəndaşları dərhal məlumatlandırmağı öhdəsinə götürür”, - qurumdan bildirilib.
Qeyd edək ki, bu, İordaniya tarixində ilk belə hal deyil: krallıqda meymunçiçəyi xəstəliyinə yoluxma ilk dəfə 2022-ci ilin payızında qeydə alınıb.
Meymunçiçəyi (mpox) əsasən Afrikanın mərkəzi və qərb bölgələrində tropik meşələrin yaxınlığında yerləşən ərazilərdə rast gəlinən nadir virus xəstəliyidir.
Oxşar xəbərlər
Türkiyədə bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb
Avstraliyada meymunçiçəyinə yoluxma halları kəskin artıb
Səhiyyə Nazirliyi: Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb
Dünyada meymunçiçəyinə 98 minə yaxın yoluxma qeydə alınıb
Rusiyada meymunçiçəyi virusuna iki yoluxma qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













