Mərkəzi Bank: Anti-frod üzrə vahid nəzarət mexanizmləri bu ilin sonunadək bazara təqdim ediləcək
Azərbaycanda milli səviyyədə anti-frod ekosisteminin qurulması çərçivəsində vahid nəzarət və tələblər mexanizmlərinin bu ilin sonunadək bazara kommunikasiya olunması planlaşdırılır.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Nağdız Ödənişlərin Təhlili şöbəsinin böyük mütəxəssi, rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə ekspert Elvin Cuvarov "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nın ikinci günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır və vahid anti-frod tələbləri mərhələli şəkildə formalaşdırılır:
"İlkin mərhələdə banklar və ödəniş təşkilatları üçün tövsiyə xarakterli nəzarət mexanizmlərinin hazırlanması nəzərdə tutulur. Əsas prioritetlərdən biri məhz bu ilin sonunadək həmin mexanizmlərin bazara təqdim olunması və sektor iştirakçılarına rəsmi şəkildə kommunikasiya edilməsidir. Daha sonra isə vahid tələblər sisteminin tam formalaşdırılması planlaşdırılır.
Elvin Cuvarov bildirib ki, bu yanaşma maliyyə sektorunda anti-frod mübarizəsini standartlaşdırmağa, risklərin idarə edilməsini gücləndirməyə və bütün iştirakçılar üçün vahid çərçivə yaratmağa xidmət edəcək:
"Eyni zamanda, sektor üzrə məlumat mübadiləsinin təkmilləşdirilməsi və texnoloji inteqrasiyanın gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd mərkəzləşdirilmiş və real vaxt rejimində işləyən anti-frod ekosisteminin qurulmasıdır."- deyə o qeyd edib.
Oxşar xəbərlər
Mərkəzi Bank süni intellekt həlləri üçün məlumat idarəetməsini gücləndirir
Azərbaycan Türkiyə və BƏƏ ilə "cross-border" ödənişlərinin təşkili üzrə danışıqlar aparır
Yanvar-may aylarında 19,4 min şəxsə əlillik təyin olunub
Şahin Mahmudzadə: Mərkəzi Bank 110 ölkə ilə vahid taksonomiya üzərində işləyir
Nurullah Bakır: Türkiyədə aktiv rəqəmsal bankçılıq istifadəçilərinin sayı 129 milyonu ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
