Taliban: Pakistan Əfqanıstanı bombalayıb, azı 13 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Taliban: Pakistan Əfqanıstanı bombalayıb, azı 13 nəfər ölüb


Taliban Pakistanın Əfqanıstana yeni hücumlar həyata keçirdiyini bəyan edib.

APA xəbər verir ki, bu barədə Taliban sözçüsü Zabihullah Mücahid “X” hesabında bildirib.

Onun sözlərinə görə, Pakistan ötən gecə Əfqanıstanın Kunar, Xost və Paktika vilayətlərini bombalayıb, nəticədə hava hücumu zamanı 13 nəfər, o cümlədən 11 uşaq, bir qoca və bir qadın ölüb.

Daha 14 qadın və uşağın xəsarət aldığı bildirilir.

Qeyd edək ki, bir neçə ay əvvəl Pakistan və Əfqanıstan arasında müharibə başlayıb. Daha sonra ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında atəşkəs əldə olunub.

Oxşar xəbərlər

Pakistan sərhədçiləri ilə Taliban döyüşçüləri arasında sərhəddə toqquşma olub
Pakistan sərhədçiləri ilə Taliban döyüşçüləri arasında toqquşma olub
Taliban: Pakistan ordusu Əfqanıstanın Paktika əyalətinə zərbələr endirib
Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub
Pakistan-Əfqanıstan sərhədində atışma, ölənlər və yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər