Timoti Stratford: Ayrı-seçkilik və qeyri-tolerantlığa qarşı mübarizə zərurətə çevrilib
Ayrı-seçkilik və qeyri-tolerantlığa qarşı mübarizə aparmaq artıq zərurətə çevrilib.
“Report” xəbər verir ki, bunu G20 Dinlərarası Forumun aparıcı hüquq müşaviri Timoti Stratford Bakıda islamofobiyaya həsr olunmuş tədbir çərçivəsində baş tutan “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və təbliğat strategiyaları” mövzulu panel sessiyasında deyib.
Onun sözlərinə görə, bunları etmək üçün dini liderlər prosesə cəlb olunmalıdır:
“Dini təşkilatlar, dövlət orqanları müzakirələr vasitəsilə həll yolları tapa bilərlər. Ancaq nəzərə almaq lazımdır ki, islamofobiya müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə də müşahidə edilə bilər. Belə olan təqdirdə həmin ölkələrdə bu kimi problemlərlə mübarizə üçün təhsil səviyyəsi artırılmalıdır. İslamofobiya hətta siyasi fürsətcillər tərəfindən də istifadə oluna bilər. Bu cür hallara qarşı hüquqi normalar tərtib etmək zəruridir. Sülh içində yaşayan cəmiyyətlər insan ləyaqətini təmin edir. Ona görə də cəmiyyətlərə sülhü gətirmək vacibdir”.
Oxşar xəbərlər
Xüsusi nümayəndə: İƏT irqçiliyə qarşı daha əhatəli qanunların tərtib edilməsini zəruri hesab edir
Xaled Akaşe: İslamofobiya dinc yanaşı yaşama, bərabərlik və ədalətin təməllərini sarsıdır
BMT rəsmisi bütün nifrət və ayrı-seçkilik formalarına qarşı çıxmağa çağırıb
ICESCO rəsmisi: Mövcud qlobal təhlükəsizlik sistemi islamofobiyanın qarşısını almaqda aciz görünür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
