

Xüsusi nümayəndə: İƏT irqçiliyə qarşı daha əhatəli qanunların tərtib edilməsini zəruri hesab edir
İƏT irqçiliyə qarşı daha əhatəli qanunların tərtib edilməsinin zəruri olduğunu hesab edir.
“Report” xəbər verir ki, bunu İƏT-in Baş katibinin İslamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mehmet Paçacı Bakıda İslamofobiyaya həsr olunmuş tədbir çərçivəsində baş tutan “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və təbliğat strategiyaları” mövzulu panel sessiyasında deyib.
O qeyd edib ki, bu gün sağçı ekstremistlər birbaşa müsəlmanları hədəf alır, ona görə də islamofobiyanı aradan qaldırmaq üçün kompleks tədbirlərə ehtiyac var:
“Bizim sənədlərimizə əsasən, islamofobiyaya qarşı beynəlxalq hüquqi çərçivənin yaradılması vacibdir. Sistematik şəkildə islamofobiyanın aradan qaldırılması üçün bizim bir observatoriyamız təsis olunub. Orada monitorinq aparılır və aidiyyəti üzrə tədbirlər görülür. Ancaq əlavə tədbirlərə də ehtiyac var. Akademik dairələr də qərəzli yanaşmalardan uzaq durmalı və ideologiyaları tədqiq etməlidirlər. Eyni zamanda, fəal şəkildə media platformaları ilə çalışmaq mütləqdir. Həmçinin dəqiq və balanslı bir yanaşma tədris proqramlarına da əlavə olunmalıdır”.
Oxşar xəbərlər
ICESCO rəsmisi: Mövcud qlobal təhlükəsizlik sistemi islamofobiyanın qarşısını almaqda aciz görünür
Mərkəz sədri: İslamofobiya təkcə müsəlmanlara deyil, insan hüquqlarına qarşı bir təhdiddir
Tural Gəncəliyev: Qərb ölkələri islamofobiyanı yerli sakinlərə sırıyırlar
İcraçı direktor: İslamofobiyaya həsr edilmiş konfrans çıxış yollarının tapılması üçün imkandır
Fərid Şəfiyev: Azərbaycanın xarici siyasətində islamofobiya ilə mübarizə önəmli yer tutur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
