ICESCO rəsmisi: Mövcud qlobal təhlükəsizlik sistemi islamofobiyanın qarşısını almaqda aciz görünür » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
13:00

ICESCO rəsmisi: Mövcud qlobal təhlükəsizlik sistemi islamofobiyanın qarşısını almaqda aciz görünür

26 may, 2025
13:00
624

ICESCO rəsmisi: Mövcud qlobal təhlükəsizlik sistemi islamofobiyanın qarşısını almaqda aciz görünür

Mövcud qlobal təhlükəsizlik sistemi islamofobiyanın qarşısını almaqda aciz görünür.

“Sizinxeber.az” xəbər verir ki, bunu ICESCO-nin Hüquqi məsələlər və beynəlxalq standartlar departamentinin direktoru Mohamed Hedi Şili Bakıda İslamofobiyaya həsr olunmuş tədbir çərçivəsində baş tutan “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və təbliğat strategiyaları” mövzusuna həsr olunan panel sessiyasında deyib.

O qeyd edib ki, indiki dövrdə dünya üzrə 35 faiz müsəlman sırf dini mənsubiyyətinə görə kirayəyə ev  götürməklə bağlı problemi yaşayır:

“Hicablı qadınların 45 faizi iş yerlərində ayrı-seçkiliyə məruz qalır. İrqi qısnamaya məruz qalan müsəlmanların nisbəti isə 27 faiz həddindədir. Təhsil sahəsinə gəldikdə, məktəblərdə zorakılığa məruz qalan müsəlmanların nisbəti  30 faizdir. Sual yaranır, hazırda mövcud olan təhlükəsizlik sistemi bu kimi problemlərin qarşısını almaqda acizdirmi? Baş verənlər təhlükəsizlik sisteminin möhkəmləndirilməsini zəruri edir”.

ICESCO rəsmisi hesab edir ki, bu gün BMT qlobal miqyasda diskriminasiyanın aradan qaldırılmasında mühüm rol oynayır.

Bizimlə əlaqə saxlayın