Misir səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir səfiri Hişam Məhəmməd Nağını ölkədə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
"Sizinxeber.az" xəbər verir ki, nazirin səfirin ölkədə diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
C.Bayramov tarixi dostluğa və qardaşlığa əsaslanan Azərbaycan və Misir münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, D-8 kimi çoxtərəfli platformalarda uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.
Görüşdə iki ölkənin liderlərinin 2023 və 2024-cü illərdə qarşılıqlı şəkildə rəsmi səfərlərinin iki ölkə arasında münasibətlərə xüsusi təkan verdiyi qeyd olunub. Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti və Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmə mexanizmlərinin intensivləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
Misir səfiri Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Misir səfirinin diplomatik fəaliyyəti başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Misir Baş nazirlərinin görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Qətərin yeni səfirini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Polşa səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov yeni təyin olunmuş gürcü həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












