Azərbaycan və Misir Baş nazirlərinin görüşü olub
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Misirin Baş naziri Mustafa Mədbuli ilə görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Qeyd olunub ki, görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin müvafiq olaraq 2024 və 2023-cü illərdə baş tutmuş qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulanıb, həmin səfərlərin Azərbaycan-Misir əlaqələrinin tarixində yeni səhifə açdığı qeyd olunub.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq yüksək qiymətləndirilib, xüsusilə Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyətin nəticələrindən məmnunluq ifadə olunub.
Görüş zamanı həmçinin Azərbaycan-Misir əlaqələrinin cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Butan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov İraq Kürdüstanı Regionunun başçısı ilə ikitərəfli məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Misir prezidenti ilk dəfə Türkiyəyə gedəcək, Ərdoğanla görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Misirin xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilərlə iş naziri Bədr Əbdülati ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












