Sizinxeber.az » Siyasət » Xarici siyasət » Azərbaycan və İran XİN başçıları müavinləri regional və qlobal məsələlər ətrafında müzakirə aparıblar

Azərbaycan və İran XİN başçıları müavinləri regional və qlobal məsələlər ətrafında müzakirə aparıblar

Bu gün xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Səid Xətibzadə ilə görüşüb.

XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, görüş zamanı İran İslam Respublikasının Prezidenti Məsud Perzeşkianın ölkəmizə 28 aprel 2025-ci il tarixli səfərindən sonra Azərbaycan-İran ikitərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin İran və Azərbaycanın araşdırma və beyin mərkəzləri arasında təmasların və əməkdaşlığın qurulmasının ikitərəfli əməkdaşlığa əlavə təkan verəcəyini və iki ölkənin ictimaiyyətləri arasında müxtəlif mövzular barədə məlumatlılığın artmasına xidmət edəcəyini qeyd ediblər.

Nazir müavinləri həmçinin digər regional və qlobal məsələlər ətrafında müzakirə aparıblar.

  • ff
DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. "UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
  2. Azərbaycan cüdoçuları Avropa Açıq Turnirinin ilk günündə üç medal qazanıblar
  3. Vuçiç: Serbiya nəyin bahasına olursa-olsun, hərbi neytrallığını qorumalıdır
  4. Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazanıb
  5. Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
  6. UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
  7. UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
  8. Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
  9. UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
  10. UFC: Nazim Sadıxov nakautla məğlub olub
sss
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
SÖZÜM VAR !