Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib
sizinxeber.az xəbər saytı

Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah edib


“VKontakte” (VK) şirkətinə məxsus tətbiqlərin App Store-dan silinməsi sanksiyalara əməl olunması qaydaları ilə əlaqədardır.

Bu barədə BBC “Apple” şirkətinin açıqlamasına istinadən məlumat yayıb.

Bununla belə, Apple söhbətin konkret olaraq hansı sanksiyalardan getdiyini açıqlamayıb.

Bundan əvvəl VK-nın mətbuat xidməti “VKontakte”, “Dzen”, VK Video, VK Messenger və “Odnoklassniki” tətbiqlərinin heç bir xəbərdarlıq edilmədən birtərəfli qaydada App Store-dan silindiyini bildirib. Şirkət vurğulayıb ki, VK özü heç vaxt sanksiyalar siyahısına daxil edilməyib.

Xatırladaq ki, iyunun əvvəlində Rusiyanın dövlət messenceri hesab olunan “Max” tətbiqi də App Store-dan silinib. Həmin vaxt Apple bu qərarı da sanksiyalara əməl olunması tələbləri ilə əsaslandırıb, lakin hansı sanksiyaların nəzərdə tutulduğunu dəqiqləşdirməyib.

Oxşar xəbərlər

Rusiyanın “VKontakte” tətbiqi App Store-dən silinib, Kreml əhaliyə Androidə keçməyi tövsiyə edib
ABŞ-də “TikTok” “App Store” və “Google Play”ə qaytarılıb
Ermənistan parlamentinin sədri dəyişir
“Apple” 2024-cü ildə ən bahalı texnologiya şirkəti olub
KİV: Trampın tarifləri "Apple" şirkətinə təxminən 2 milyard dollara başa gələ bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər