Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
in
2026
23:00
ff

Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazanıb

27 in, 2026
23:00
281

Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazanıb

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinə yekun vurulub.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunan yarışda gecənin bütün qarşılaşmaları başa çatıb.

Son olaraq əsas döyüşdə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib.

Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib.

Beləliklə, UFC-nin Bakıda təşkil etdiyi ikinci turniri başa çatıb. Paytaxtdakı ilk belə yarış 2025-ci ildə keçirilib.

Xatırladaq ki, "UFC Fight Night Baku"da Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) uduzub.

Bizimlə əlaqə saxlayın

×
×