XİN rəhbəri İran Prezidentinin müşaviri ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib - FOTO
1 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və İran arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycan-İran münasibətlərinin inkişafında qarşılıqlı səfərlər və təmasların, o cümlədən mövcud siyasi dialoqun vacibliyi vurğulanıb, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd olunub.
İki ölkə arasında bir sıra, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər, xüsusilə Azərbaycan və İran tərəfindən birgə icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının müvafiq sahələr üzrə mövcud əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma olduğu diqqətə çatdırılıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), D-8 çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
XİN rəhbəri İran Prezidentinin müşaviri ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Latviya XİN başçısı ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN rəhbərləri Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












