Azərbaycan cüdoçuları Avropa Açıq Turnirinin ilk günündə üç medal qazanıblar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
in
2026
23:00
ff

Azərbaycan cüdoçuları Avropa Açıq Turnirinin ilk günündə üç medal qazanıblar

27 in, 2026
23:00
299

Azərbaycan cüdoçuları Avropa Açıq Turnirinin ilk günündə üç medal qazanıblar

Azərbaycanın üç cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Açıq Turnirinin ilk günündə medal qazanıb.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Elşən Əsədov (66 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medal qazanıb.

Kamran Süleymanov (73 kq) isə yarışı bürünc medalla başa vurub.

Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

Bizimlə əlaqə saxlayın

×
×