Çində Azərbaycan ticarət evlərinin sayının artırılması təklif olunub
Çində Azərbaycan ticarət evlərinin sayının artırılması təklif olunub.
APA-nın xəbərinə görə, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci bildirib.
Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrə xüsusi əhəmiyyət verdiyini vurğuladı. O, Çinin Azərbaycan istehsalı olan məhsulların idxal həcmini və çeşidini genişləndirməkdə maraqlı olduğunu qeyd edərək, xüsusilə nar məhsulları və şərabın Çində alıcıların böyük rəğbətini qazandığını diqqətə çatdırıb. Həmçinin quş əti, fındıq və badamın Çinə ixracı üçün geniş imkanların olduğu bildirilib.
Bununla yanaşı, cənab Lin Ci Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı təşəbbüslərini dəstəklədiyini və bu istiqamətdə rəsmi Bakı ilə birgə işləməyə hazır olduğunu ifadə edib.
Çin rəsmiləri qarşılıqlı investisiyaların və ticarətin genişlənməsində maraqlı olduqlarını biliriblər və Çində Azərbaycan ticarət evlərinin sayının artırılması təklifi ilə çıxış ediblər.
Oxşar xəbərlər
Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilib
Nazir: Azərbaycanın D-8-ə üzv olması Pakistanla əməkdaşlıq üçün yeni perspektivlər açır
Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 428 milyon dollar olub
Çinlə “yaşıl” enerji imkanlarının inkişaf etdirilməsi məqsədilə potensial layihələr müzakirə olunub
Rusiyanın Smolensk şəhərində Azərbaycan məhsullarının təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













