Rusiyanın Smolensk şəhərində Azərbaycan məhsullarının təqdimatı keçirilib
Azərbaycan istehsalı məhsulların Rusiyada təbliğatı davam edir.
APA-nın Rusiya bürosu xəbər verir ki, Nijni Novqorod və Tverdən sonra bu dəfə Smolensk şəhərində “Made in Azerbaijan” brendi ilə tanınan məhsulların təqdimatı keçirilib.
Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Made in Azerbaijan” brendi ilə tanınan 20-dən çox məhsul Smolensk şəhərində fəaliyyət göstərən restoran və ticarət şəbəkələrinin nümayəndələrinə təqdim olunub.
Tədbirdə Azərbaycan istehsalı olan təbii çay, şirələr, mürəbbələr, bitki yağları, şərablar və konservləşdirilmiş məhsulların həm təqdimatı, həm də dequstasiyası təşkil olunub.
Tədbir çərçivəsində “Made in Azerbaijan” brendi ilə təqdim olunan məhsulların ixrac imkanlarının genişləndirilməsi barədə məlumat verilib, Azərbaycanlı ixracatçıların şimal qonşumuzun bazarına çıxışını təmin etməyin əhəmiyyətindən söhbət açılıb. Qeyd olunub ki, Rusiya bazarı Azərbaycan məhsulları, o cümlədə qeyri-neft məhsullarının ixracı və satışı üçün əlverişli məkandır və bunun üçün geniş imkanlar var. Azərbaycanın Ticarət nümayəndəliyi bu imkanları araşdırır, öyrənir və bu imkanlardan yararlanmağa çalışır. Vurğulanıb ki, “Made in Azərbaijan” Rusiyanın regionlarında layihəsi də bu nəticəni hədəfləyir. Layihə çərçivəsində Azərbaycan məhsullarının Rusiyanın regionlarına çıxarılması, satışının, ixracının artırılması qarşıya məqsəd qoyulub. Bu layihənin yaxşı nəticələr verəcəyinə əminlik ifadə olunub.
Oxşar xəbərlər
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Final çay” “Füzulidə yay məktəbi” layihəsinə dəstək olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ziyayi Qafqaziyyə” kitabının təqdimatı keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ticarət nümayəndəsi: "Rusiya şirkətləri Qarabağda fəaliyyət üçün 24 layihə ilə bağlı müraciət ediblər" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












