Azərbaycan-BƏT tərəfdaşlığının gündəliyində duran məsələlər nəzərdən keçirilib
Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Unqbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, görüşdə Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin əsas prioriteti olduğu vurğulanıb. Ötən dövr ərzində həyata keçirilən dörd sosial islahat paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlərin əldə edildiyi diqqətə çatdırılıb. Cari ilin yanvar ayından tətbiqinə başlanılan beşinci sosial islahat paketinin 3 milyon insanı əhatə etdiyi bildirilib.
Azərbaycanda əmək məhsuldarlığının yüksəldilməsi, əmək hüquqları sisteminin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində aparılan ardıcıl islahatlar barədə bəhs olunub.
Görüşdə Azərbaycan-BƏT tərəfdaşlığının gündəliyində duran məsələlər nəzərdən keçirilib, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Əli Əsədov Beynəlxalq Əmək Təşkilatının Baş direktoru ilə görüşüb
Sahil Babayev: Sosial islahat paketi pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyon insanı əhatə edəcək
Nazir: Sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək
ƏƏSMN: Pensiyalar gələn ay artırılmış məbləğdə veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb

