Sahil Babayev: Sosial islahat paketi pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyon insanı əhatə edəcək
2025-ci ildə pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ümumilikdə, bu sosial islahat paketi pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyon insanı əhatə edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ölkə başçısı tərəfindən növbəti ildə böyük sosial islahatlar həyata keçiriləcək:
“Gələn il həm minimum əməkhaqqı, həm minimum pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Düşünürəm ki, dövlət büdcəsi və icmal büdcə parlamentdə təsdiq olunduqdan sonra onun parametrləri təsdiq ediləcək”.
Oxşar xəbərlər
Nazir: Sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək
Deputat: Minimum əməkhaqqı və pensiyaların artırılması ilə bağlı təkliflərin noyabrın 1-dək təqdim ediləcəyi gözlənilir
Nazir: 2019-2024-cü illər ərzində 830 mindən çox praktik sosial ödəniş təyinatı aparılıb
Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək
Nazir: Azərbaycanın əmək bazarında formal ixtisası olmayan şəxslərin çəkisi çoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi












