Əli Əsədov Beynəlxalq Əmək Təşkilatının Baş direktoru ilə görüşüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
apr
2025
19:50
0
0
1 283
ff

Əli Əsədov Beynəlxalq Əmək Təşkilatının Baş direktoru ilə görüşüb

14 apr, 2025
19:50
1 283

Əli Əsədov Beynəlxalq Əmək Təşkilatının Baş direktoru ilə görüşüb

Baş nazir Əli Əsədov aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Unqbonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin əsas prioriteti olduğu vurğulanıb. Ötən dövr ərzində həyata keçirilən dörd sosial islahat paketi çərçivəsində milyonlarla insanın sosial təminatında böyük irəliləyişlərin əldə edildiyi diqqətə çatdırılıb. Cari ilin yanvar ayından tətbiqinə başlanılan beşinci sosial islahat paketinin 3 milyon insanı əhatə etdiyi bildirilib.

Azərbaycanda əmək məhsuldarlığının yüksəldilməsi, əmək hüquqları sisteminin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində aparılan ardıcıl islahatlar barədə bəhs olunub.

Görüşdə Azərbaycan-BƏT tərəfdaşlığının gündəliyində duran məsələlər nəzərdən keçirildi, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bizimlə əlaqə saxlayın

×
×