Rəsmi Bakı: Şimali Kiprdən olan qardaşlarımız Azərbaycanın dəstəyinə əmin ola bilərlər
sizinxeber.az xəbər saytı

Rəsmi Bakı: Şimali Kiprdən olan qardaşlarımız Azərbaycanın dəstəyinə əmin ola bilərlər


“Şimali Kiprdən olan qardaşlarımız Azərbaycanın dəstəyinə əmin ola bilərlər”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

Ölkələr arasında çox yaxşı qardaşlıq münasibətlərinin mövcudluğuna toxunan azərbaycanlı diplomat Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycanda səfərdə olduğunu bildirib:

“Azərbaycan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv statusuna malik olan Şimali Kiprin təşkilat daxilindəki fəaliyyətini bundan sonra da dəstəkləyəcək. Məsələyə daha geniş yanaşsaq, Şimali Kipr ilə Yunanıstan tərəfinin hüquqları ədalətli şəkildə təmin edilməlidir. Bütün amillər, o cümlədən tarixi, əxlaqi və beynəlxalq hüquq nəzərə alınmalıdır. Yalnız bu şəkildə nizamlanma yolu tapmaq olar. Əminik ki, bu məsələ həll olunacaq. Şimali Kiprli qardaşlarımız bu məsələdə Azərbaycanın dəstəyinə hər zaman əmi ola bilərlər”.

Oxşar xəbərlər

Cevdet Yılmaz: Şimali Kipr tezliklə Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq
Ersin Tatar: Azərbaycan hər zaman Şimali Kiprin yanında olub
Şimal Kipr Prezidenti: Bakı ilə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib
Şimali Kipr Türk Ticarət və Sənaye Palataları Birliyinin tam hüquqlu üzvü olmaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər