Ceyhun Bayramov: Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur
Bu ilin payız aylarında Bakıda Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünün təşkili nəzərdə tutulur.
“Sizinxeber.az”un Türkiyə bürosunun verdiyi xəbərə görə, bunu IV Antalya Diplomatik Forumunun (ADF) 2-ci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında deyib.
C.Bayramov deyib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan üçün ən önəmli qurumdur: “Bu gün "TDT: Unikal əməkdaşlıq modeli" adlı paneldə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da iştirak etdi. Bir sıra mühüm məsələlər müzakirə olundu.
TDT bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bilirsiniz ki, bu yaxınlarda Macarıstanda təşkilatın növbəti, qeyri-rəsmi zirvəsinin keçirilməsi planlaşdırılır”.
Oxşar xəbərlər
Antalyada “Türk Dövlətləri Təşkilatı: Unikal Əməkdaşlıq Modeli” adlı panel keçirilir
Ceyhun Bayramov: Antalya Diplomatiya Forumuna artan marağın şahidi olmaq sevindiricidir
Elçin Əmirbəyov: TDT-nin Azərbaycanda keçiriləcək 12-ci sammiti qlobal məsələlərin geniş spektrini əhatə edəcək
TDT-nin 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq
Ceyhun Bayramov TDT-nin baş katibini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













