Ceyhun Bayramov TDT-nin baş katibini qəbul edib
27 dekabr 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omuralıyevi qəbul edib.
Görüş zamanı, baş katib bir daha “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı diləklərini çatdırıb, həlak olanlarına ailələrinə səbr diləyib. Nazir Ceyhun Bayramov öz növbəsində TDT və baş katib tərəfindən faciənin ilk anından başsağlığı məktubları və bəyanatlarına görə minnətdarlığını bildirib.
Nazir Ceyhun Bayramov təşkilatımız çərçivəsində dostluq, qardaşlıq və əməkdaşlığın gücləndirilməsinin əsas prioritet olduğunu, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini, təşkilatın katibliyinin və beynəlxalq təşkilatlarda müşahidəçi statusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Tərəflər bu il Şuşada keçirilmiş qeyri-rəsmi sammitin, sammit zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinin, habelə Bişkekdə keçirilmiş sammit zamanı qəbul edilmiş qərarların təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlıq üçün əhəmiyyətini qeyd ediblər. Bu il ortaq Türk Əlifbasının, təşkilatın yeni bayrağı və loqosunun qəbulunun, təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin təsis edilməsi barədə qərarın və bir sıra digər istiqamətlərdə razılıqların təşkilatı daha da gücləndirdiyi diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Türkiyəyə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Belarusa səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Kiprin xarici işlər naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Serbiyaya gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












