Elçin Əmirbəyov: TDT-nin Azərbaycanda keçiriləcək 12-ci sammiti qlobal məsələlərin geniş spektrini əhatə edəcək
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin Azərbaycanda keçiriləcək 12-ci sammitində qlobal məsələlərin geniş spektrinin müzakirəsi planlaşdırılır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov IV Antalya Diplomatik Forumu çərçivəsində keçirilən "TDT: Unikal əməkdaşlıq modeli" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu mühüm beynəlxalq sammitə bu ilin oktyabrında ev sahibliyi etməyə hazırlaşır.
E.Əmirbəyov vurğulayıb ki, müasir dünya daha çox konsolidasiya edilmiş yanaşma tələb edən bir çox çağırış və parçalanmalarla üzləşir: "Hesab edirəm ki, biz Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni əhatə edən bu geniş coğrafiya ilə əlaqəni gücləndirməliyik. Bu, Türk Dövlətləri Təşkilatına mədəni-dil birliyi statusundan mühüm geosiyasi oyunçu roluna keçməyə imkan verəcək".
O qeyd edib ki, TDT yaradıldığı 2009-cu ildən bəri əhəmiyyətli inkişaf yolu keçib. "Nazil olduğumuz irəliləyişi görməkdən məmnunam. Əminəm ki, bütün bu məsələlər Azərbaycanın payızda qürurla ev sahibliyi edəcəyi 12-ci zirvə görüşündə ətraflı müzakirə olunacaq", - xüsusi nümayəndə bildirib.
Oxşar xəbərlər
Elçin Əmirbəyov: Zəngəzur dəhlizi münasibətlərin yaxşılaşdırılması və Cənubi Qafqazın möhkəmlənməsinin açarıdır
Antalyada “Türk Dövlətləri Təşkilatı: Unikal Əməkdaşlıq Modeli” adlı panel keçirilir
TDT liderlərinin 12-ci sammiti 2025-ci ildə Azərbaycanda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
