Macarıstan səfiri: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
APA-nın məlumatına görə, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ADA Universitetində keçirilən "İnnovativ Yollarla Yaşıl Gələcəyə doğru: Bərpa olunan Enerji və Emissiyaların azaldılması: Ümumi Əməkdaşlıq nöqtələrinin müəyyənləşdirilməsi" mövzusunda Beynəlxalq Elmi Konfransda deyib.
Səfir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rolundan danışıb.
Diplomat ölkəsinin alternativ enerji mənbələrindən istifadə olunması və bu sahənin daha da inkişafında maraqlı olduğunu söyləyib:
"Biz hesab edirik ki, Azərbaycan təkcə Mərkəzi Avropa regionu deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. "Yaşıl Enerji dəhlizi" layihəsi də öz əhəmiyyətinə görə Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Macarıstan özünün enerji təhlükəsizliyini bərpa olunan enerji mənbələri hesabına təmin etməkdə maraqlıdır. Bunun nəticəsində ölkəmizdə külək enerjisindən istifadə üzrə bir sıra layihələr həyata keçirilir. Bu tədbirlər enerji asılılığına son qoyulması və bu sahədə təhlükəsizliyin təminatına xidmət edir. Hesab edirəm ki, hökumətlər arasındakı dialoq enerji sabitliyinin təminatına xidmət edəcək".
Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov isə bildirib ki, Azərbaycanın quruda malik olduğu enerji mənbələrinin həcmi quruda 135, suda isə 157 gigavatdır. Azərbaycan 2030-cu ilədək 6 gigavat Günəş və külək enerjisi istehsal edəcək.
O vurğulayıb ki, hər bir ölkənin "yaşıl iqtisadiyyat" və "yaşıl enerji"yə keçidi təkcə ekoloji deyil, siyasi və iqtisadi təhlükəsizlik cəhətdən də mühüm əhəmiyyət daşıyır.
Tədbirdə həmçinin iştirakçı ölkələrin alternativ enerji mənbələrinə göstərdikləri maraq, habelə, bu növ enerji resurslarının təşviqi barədə ətraflı fikir mübadiləsi aparılıb.
Konfrans panel müzakirələrlə işini davam etdirib.
Oxşar xəbərlər
Nazir: Trans-Xəzər və Qafqaz Yaşıl Enerji Dəhlizi layihəsi Gürcüstan və Avropanın enerji müstəqilliyi üçün vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Macarıstan səfiri: Yaşıl enerji dəhlizi layihəsi iqlim dəyişikliyinə töhfə verəcək təşəbbüsdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Azərbaycan qaz ixracını artırmağa hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov: Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi Avropanın enerji təhlükəsizliyi üçün mühüm amildir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












