Macarıstan səfiri: Yaşıl enerji dəhlizi layihəsi iqlim dəyişikliyinə töhfə verəcək təşəbbüsdür
Azərbaycan qlobal miqyasda ən mühüm tədbirə - COP29-a ev sahibliyi edəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Yaşıl keçid və iqlim dəyişikliyi: COP29-a nəzəri və praktiki yanaşmalara” dair dəyirmi masada Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.
Səfiri bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi Macarıstanın Avropa İttifaqı Şurasına sədrlik etdiyi vaxta təsadüf edir:
“Avropa İttifaqı Şurasına sədrlik Macarıstanın iqlimə davamlı gələcəyin qurulmasına tam sadiqliyini vurğulamaq üçün üçün həlledici məqamdır”.
Diplomat Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniyanın birgə təşəbbüsü olan Yaşıl enerji dəhlizi layihəsindən də danışıb: “Ümid edirik ki, Yaşıl enerji dəhlizi layihəsi iqlim dəyişikliyinə töhfə verəcək və bərpa olunan enerjinin inkişafı üçün əsas rol oynayacaq bir təşəbbüsdür. Həmçinin, Yaşıl enerji dəhlizi layihəsi Avropa ilə Cənubi Qafqaz üçün daha aydın, daha yaşıl gələcəyə nail olmaq üçün əməkdaşlığın və tərəfdaşlığın əhəmiyyətinin nümayişidir”.
Azərbaycan və Macarıstandan rəsmi şəxslər və ekspertlərin iştirak etdiyi tədbirdə “yaşıl eneriyə” keçid və iqlim dəyişikliyi mövzusu müzakirə edilib.
Oxşar xəbərlər
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqtonda Azərbaycan-ABŞ enerji münasibətləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da Xəzər-Qara Dəniz-Avropa yaşıl enerji dəhlizi üzrə ilkin nəticələr elan ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanda COP29-a hazırlıqlar çox yaxşı gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












