Nazir: Trans-Xəzər və Qafqaz Yaşıl Enerji Dəhlizi layihəsi Gürcüstan və Avropanın enerji müstəqilliyi üçün vacibdir
Trans-Xəzər və Qafqaz Yaşıl Enerji Dəhlizi layihəsi Gürcüstan və Avropanın enerji müstəqilliyi üçün vacibdir.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib. O, Gürcüstanın layihədə aktiv şəkildə iştirak etdiyini əlavə edib.
Davitaşvili vurğulayıb ki, layhənin COP29 çərçivəsində təqdimatı simvolik əhəmiyyəti var.
"Bu gün dünyada iqlim dəyişikliyinin yumşaldılması istiqamətində mövcud olan gündəm yaşıl enerji siyasəti ilə sıx bağlıdır, çünki biz başa düşürük ki, iqlim dəyişikliyində rol oynayan amillərdən biri dünyada enerji sektorudur. Gürcüstanın timsalında, iqlim dəyişikliyinə səbəbin 60 faizindən çoxu enerji sektoru ilə bağlıdır, buna görə də qlobal gündəmdə istixana qazlarının azaldılması məsələsinin reallaşdırılması çox vacibdir. Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın birgə həyata keçirdiyi enerji layihəsi də bu baxımdan vacibdir", - Levan Davitaşvili qeyd edib.
Oxşar xəbərlər
Baş nazir: Azərbaycan, Rumıniya və Macarıstan Aİ-yə “yaşıl enerji” tədarükü üzrə aktiv iş görür
XİN rəhbəri: Azərbaycan Gürcüstan üçün xüsusi strateji tərəfdaşdır
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək
Gürcüstanın Baş nazirinin Prezident İlham Əliyevlə təkbətək görüşü gözlənilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
