Əli Əsədov: Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi Avropanın enerji təhlükəsizliyi üçün mühüm amildir
Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr uğurlu regional əməkdaşlığın nümunəsidir, sözügedən layihələr Cənubi Qafqazın transformasiyasına xidmət edir.
APA xəbər verir ki, bunu Azərbaycanın Baş Naziri Əli Əsədov Gürcüstan Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu sessiyasında çıxışı zamanı deyib.
Əli əsədov birgə iqtisadi layihələrlə rayonun enerji və nəqliyyat xəritəsinin dəyişdiyini vurğulayıb.
“Burada Cənub Qaz Dəhlizini xüsusi qeyd etmək lazımdır. Ölkələrimiz bu strateji layihənin həyata keçirilməsində mühüm rol oynayır. SOCAR Gürcüstan bazarına qaz tədarükünü davam etdirir. Neft sahəsində də əməkdaşlığımız uğurla davam edir. Ötən il Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə 30 milyon tona qədər neft nəql edilib. Kulevi terminalı ilə neft emalı zavodu arasında əməkdaşlıq məsələsi hazırda aktualdır. Bununla bağlı artıq saziş imzalanıb və yaxın vaxtlarda Kulevi terminalından xam neft və neft məhsullarının daşınmasına başlanacaq. Eyni zamanda, bu gün biz birlikdə Avropaya yaşıl enerji körpüsü qururuq. Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanda həyata keçirilir. Bu layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm amildir”, - deyə Əli Əsədov bildirib.
Oxşar xəbərlər
Kobaxidze: Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşlarından biridir
Bakıda Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının 10-cu iclası keçirilir
Kobaxidze: Gürcüstanla-Azərbaycan strateji tərəfdaşlığı regional sabitliyin təmin edilməsində həlledici rol oynayır
Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq
Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizi sahəsində əməkdaşlıq memorandumu imzalayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
