Fazil Mustafa amerikalı jurnalistlərlə görüşüb
sizinxeber.az xəbər saytı

Fazil Mustafa amerikalı jurnalistlərlə görüşüb


Böyük Quruluş Partiyasının (BQP) başqanı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdə səfərdə olan media nümayəndələri ilə görüşüb.

Sizinxeber.az-nın xəbərinə görə, görüş zamanı BQP başqanı jurnalistlərin Azərbaycan-ABŞ münasibətləri, insan hüquqları, ölkədəki dini və ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının mövcud durumu, habelə Ermənistan-Azərbaycan sülh prosesinin perspektivləri ilə bağlı suallarını cavablandırıb.

Fazil Mustafa Azərbaycana xas tolerantlıq və multikulturalizm mühitindən, ölkəmizin sivilizasiyalar və mədəniyyətlərarası dialoq sahəsində tutduğu qabaqcıl mövqedən danışıb. O, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrindən bəhs edərək, 30 illik işğala, ermənilərin törətdiyi soyqırımı və misli görünməmiş vandalizm aktlarına baxmayaraq, Azərbaycan dövlətinin gələcəyə baxaraq sülh danışıqlarının təşəbbüskarı olduğunu vurğulayıb.

Deputat ölkədə vətəndaş cəmiyyəti institutlarının və siyasi partiyaların fəaliyyəti üçün normal şəraitin mövcud olduğunu, ictimai-siyasi vəziyyətin isə sabit qaldığını qeyd edib.

Fazil Mustafa həmçinin, Türk dünyası, Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətləri və digər aktual məsələlərlə bağlı da partiyasının mövqeyini jurnalistlərlə bölüşüb.

Görüşdə ABŞ-ın tanınmış jurnalistləri Con Fond (John Fund), Dennis Lennoks (Dennis Lennox), Corc Landrit (George Landrith), Maykl Mosbaxer (Michael Mosbacher), Mettyu Foldi (Matthew Foldi), Skott Morfild (Scott Morefield), Saul Anuzis (Saul Anuzis), Nikola Medic (Nikola Medic) iştirak edib.

Oxşar xəbərlər

Böyük Quruluş Partiyası Milli Məclisə növbədənkənar seçkilərlə bağlı bəyanat yayıb
Fazil Mustafa: Nikah müqaviləsi məcburi olmalıdır
Parlamentin komitə sədri: Dini durumla bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilməsi zəruridir
Azərbaycanda dini qurumlarla bağlı yeni qanun layihəsi hazırlana bilər
Deputat: Dini radikalizmə qarşı mübarizənin daha da gücləndirilməsinə ehtiyac var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər