Fazil Mustafa: Nikah müqaviləsi məcburi olmalıdır
sizinxeber.az xəbər saytı

Fazil Mustafa: Nikah müqaviləsi məcburi olmalıdır


Nikah müqaviləsi məcburi olmalıdır.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.

Fazil Mustafa bildirib ki, Azərbaycanda nikah müqavilələri könüllüdür: "Mediasiyaya müraciətlərin çoxu da bu sahə ilə bağlıdır. İnsanlar bir birinə üzük aparır, qazan aparır, nə aparırsa, heç birini sənədləşdirmir. Sənədləşdirmə olmadığı üçün də məhkəmənin, mediasiyanın üstünə bu tələblərlə gəlirlər. Uşaq varsa, uşağın taleyi qalır bir yana, başlayırlar ki, üzüyün qaşı dəyişib. Nikah müqaviləsi olarsa, sabah boşanma prosesi, məhkəmələrin işi uzanmaz. Avropada bu praktika var. Avropada bizim bu “gözəl” adətlərin bir çoxu yoxdur. Ailə qurmadan öncə tibbi müayinədən keçməyi əvvəl bizdə qəbul etmirdilər, amma indi bu, qəbul edilir. Mediasiya institutuna dəstək vermək istəyiriksə, nikah müqaviləsinin zəruri elementlərinin burada əksini tapmasını tələb etməliyik. Nikah müqaviləsi məcburi olsa, bu kimi hallar da olmaz. Kim kimə nə apardı, nə gətirdi davası uzun çəkməz”.

Oxşar xəbərlər

Fazil Mustafa: Vəsait olmadığına görə Sabunçuda qəzalı binalarla bağlı akt tərtib edilmir
Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılıb
Rusiyada nikah yolu ilə yaşamaq icazəsi almaq çətinləşdirilib
Bu ilin 7 ayında 27 minə yaxın nikah, 12 mindən çox boşanma qeydə alınıb
İlin sonunadək ölkədə fiziki xidmətlərin 15%-i "myGov" üzərindən olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər