Deputat: Dini radikalizmə qarşı mübarizənin daha da gücləndirilməsinə ehtiyac var
sizinxeber.az xəbər saytı

Deputat: Dini radikalizmə qarşı mübarizənin daha da gücləndirilməsinə ehtiyac var


İctimai dinləmələrin regionlar üzrə keçirilməsini yüksək qiymətləndirirəm. Əsasən də Lənkəran və Qubada da bu dinləmələri keçirməliyik.

APA xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, ümumilikdə ötən dövr ərzində ölkədə dini sabitlik qorunub, dövlət qurumları bu istiqamətdə səylərini davam etdiriblər: “Regionda, Yaxın Şərqdə və dünyada baş verən proseslər dini sahəyə daha həssas yanaşılmasını zəruri edir. Dini maarifləndirmə işinə daha çox önəm verməliyik. Zərərli dini təsirlərdən qorunmağın ən təsirli yollarından biri davamlı və hədəfli maarifləndirmə işidir. Missionerliyə və dini radikalizmə qarşı mübarizənin daha da gücləndirilməsinə ehtiyac var. Gələcəkdə dini fəaliyyət sahəsində baş verə biləcək xoşagəlməz hadisələrdən sığortalanmaq üçün bu istiqamətdə çox çalışmalıyıq”.

Komitə sədri Fazil Mustafa isə qeyd edib ki, səyyar dinləmələrin Naxçıvan və Gəncədə keçirilməsi nəzərdə tutulub: "Amma bu təklifləri nəzərə alaraq, bura başqa rayonlar sözünü də əlavə edə bilərik”.

Oxşar xəbərlər

Deputat: Dini qurumlara ayrılan vəsaitin əsasən dəyərlərimizin təbliğinə xərclənməsi daha məqsədəuyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair birgə fəaliyyət planı imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik: Dini radikalizmə, pozucu çağırışlara qarşı sistemli şəkildə mübarizə tədbirləri həyata keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda dini qurumlarla bağlı yeni qanun layihəsi hazırlana bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər