Ombudsman: Azərbaycanlılara qarşı soyqırımının beynəlxalq səviyyədə tanınması bu kimi cinayətlərin bir daha təkrarlanmaması üçün vacibdir
Tarix boyu etnik zəmində azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələrinə beynəlxalq miqyasda hələ də ədalətli mövqe bildirilməyib.
“Report”un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Azərbaycanlıların Soyqırımı Günü - 31mart ilə əlaqədar Bəyanatında deyilir.
Qeyd olunub ki, Azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymətin verilməsi, beynəlxalq səviyyədə tanınması və soyqırımı qurbanlarının xatirəsinin geniş şəkildə anılması bəşəriyyət əleyhinə törədilmiş bu kimi cinayətlərin bir daha təkrarlanmaması və qarşısının alınması baxımından olduqca vacibdir:
“Beynəlxalq ictimaiyyət azərbaycanlılara qarşı törədilmiş silsilə etnik təmizləmə və soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət verməli, 1918-ci ildə törədilmiş cinayət əməllərini soyqırımı kimi tanımalı, tarixi və hüquqi ədalətin bərpa olunmasına ciddi səylər göstərməlidir”.
Oxşar xəbərlər
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ombudsman bəyanat yayıb
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Səbinə Əliyeva: Ermənistanın azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə ilə bağlı kifayət qədər sübutlar var
XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Ombudsman Qərbi azərbaycanlıların hüquqları ilə bağlı açıq məktub ünvanlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib








