Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib
sizinxeber.az xəbər saytı

Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib


Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.

APA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.

“Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik”, – XİN-in paylaşımında nəql edilib.

Xatırladaq ki, Koçanidə konsert zamanı baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb.

Oxşar xəbərlər

Azərbaycan XİN Monteneqroya başsağlığı verib
Şimali Makedoniya Prezidenti Azərbaycan liderinə başsağlığı verib
Azərbaycan Çexiyaya başsağlığı verib
Şimali Makedoniya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib
Aİ-nin xarici əlaqələr təhlükəsizlik siyasəti üzrə sözçüsü Azərbaycan xalqına başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər