Tokayev Ceyhun Bayramovun Qazaxıstana səfərini əhəmiyyətli adlandırıb - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 11-də Qazaxıstana rəsmi səfəri çərçivəsində Prezident Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib.
XİN-dən "Sizinxeber.az"a verilən məlumata görə, görüş zamanı nazir Ceyhun Bayramov keçən ilin dekabr ayında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar göstərilən operativ və hərtərəfli dəstəyə görə Qazaxıstanın dövlət başçısına minnətdarlıq ifadə edib.
Xalqlar arasında tarixi qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlıqları və eləcə də dövlət başçılarımız arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq və səmimi münasibətlər fonunda Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq əlaqələrinin nümunəvi xarakter daşıdığı bildirilib.
Ölkələr arasında siyasi-iqtisadi, ticarət-investisiya, sənaye-texnologiya, nəqliyyat-kommunikasiya, mədəniyyət-humanitar, elm-təhsil və digər sahələr üzrə zəngin əməkdaşlığın yeni hərəkətverici elementlərlə daha da intensivlik qazanmasının əhəmiyyəti vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək, həmrəylik və birgə təşəbbüslərə əsaslanan əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Ötən ilin noyabr ayında Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Qazaxıstan dövlət başçısının iştirakına görə təşəkkür ifadə olunub, Qazaxıstanın ölkəmiz tərəfindən irəli sürülmüş təşəbbüslərə qoşulması yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri və eləcə də postmünaqişə dövründə regional vəziyyət və son inkişaflar ətrafında fikir mübadiləsi aparılıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Astanaya səfərini əhəmiyyətli adlandırıb.
“Sizinxeber.az” Akordaya istinadən xəbər verir ki, Kasım-Jomart Tokayev bunu Prezident administrasiyasında Ceyhun Bayramovla danışıqlar zamanı bildirib.
"Sizin səfəriniz qardaş Azərbaycanla əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir. Biz Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq hesab edirik", - o vurğulayıb.
Görüş zamanı Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin və sualtı elektrik kabelinin çəkilişi də daxil olmaqla iri strateji layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Ticarət, investisiya, rəqəmsallaşdırma, tranzit və nəqliyyat sahələrində gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.
Oxşar xəbərlər
Tokayev Ceyhun Bayramovun Qazaxıstana səfərini əhəmiyyətli adlandırıb
Ceyhun Bayramov Tokayevə Prezident İlham Əliyevin adından təşəkkür edib
Ceyhun Bayramov Qazaxıstana rəsmi səfərə yola düşüb
Ceyhun Bayramov Qazaxıstana gedəcək
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə təyyarə qəzasının səbəblərinin araşdırılmasını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
