Ceyhun Bayramov Tokayevə Prezident İlham Əliyevin adından təşəkkür edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra göstərilən təcili yardıma görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Azərbaycan Prezidenti İlham Əliyevin adından təşəkkür edib.
“Report” Akordaya istinadən xəbər verir ki, Ceyhun Bayramov Astanaya səfəri çərçivəsində qazaxıstanlı liderlə görüşü zamanı Prezident İlham Əliyevin və bütün Azərbaycan xalqının adından təşəkkürünü çatdırıb.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.
Oxşar xəbərlər
Rəşad Nəbiyev: “AZAL-ın təyyarəsi xarici texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb”
Təyyarə qəzasında həlak olan Məhəmmədəli futbolçu imiş
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə təyyarə qəzasının səbəblərinin araşdırılmasını müzakirə edib
Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər
Aydan Rəhimli: Təyyarə qəzasında sağ qalmağım möcüzədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
