Azərbaycan və Qazaxıstan XİN başçıları arasında geniş tərkibdə görüş olub - VİDEO - YENİLƏNİB-2
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı həmkarı Murat Nurtleu arasında geniş tərkibdə görüş olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıqdan irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiya və humanitar aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
Regional və BMT, İƏT, OTS, CICA daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq da gündəmin əsas mövzusu olub.
Astanada Azərbaycan və Qazaxıstan XİN başçılarının nümayəndə heyətləri tərkibində görüşü başlayıb.
Bu barədə “Sizinxeber.az”un Qazaxıstan bürosu məlumat verir.
Hər iki nazir görüşün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında keçirilməsini fərəh doğuran fakt kimi qeyd ediblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanlı həmkarı Murat Nurtleu ilə görüşüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın xarici siyasət idarəsinin hesabında bildirilib.
“Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu rəsmi səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qarşılayır”, – paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Ceyhun Bayramov: Bu gün danışıqların gündəliyi kifayət qədər geniş və çox aktualdır
Ceyhun Bayramov ilə Qazaxıstan XİN rəhbəri arasında telefon danışığı olub
Azərbaycan və BƏƏ XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
