Azərbaycan və BƏƏ XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazirlər 2025-ci ildə siyasi, iqtisadi, ticarət, energetika, turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.
Bununla yanaşı, digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri, habelə Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
Azərbaycan və Latviya XİN başçıları regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə regional vəziyyəti müzakirə edib
Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə cari regional vəziyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













