Papuaşvili: AŞPA öz fundamental dəyərlərinə qayıtmalıdır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
fev
2025
17:50

Papuaşvili: AŞPA öz fundamental dəyərlərinə qayıtmalıdır

03 fev, 2025
17:50
912

Papuaşvili: AŞPA öz fundamental dəyərlərinə qayıtmalıdır




Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətindən öz üzvlərini geri çağırıb.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili məlumat yayıb.

“Biz bu şərtlər altında assambleya ilə işləyə bilmərik. Avropa Şurası Parlament Assambleyası demokratiyaya və xalqların iradəsinə hörmətə əsaslanan fundamental dəyərlərinə qayıtmalıdır. Biz bir-birimizin suverenliyinə hörmət etmiriksə, vətəndaşların demokratik seçimlərinə hörmətsizlik ediriksə beynəlxalq əməkdaşlıq prinsiplərini müzakirə etmək son dərəcə çətinləşir. Həm “Gürcü Arzusu”, həm də “Xalqın Gücü” Gürcüstanın AŞPA-dakı parlament nümayəndəsindən öz üzvlərini geri çağırmaq qərarı qəbul ediblər”, - Şalva Papuaşvili deyib.

Papuaşvili nümayəndə heyəti üzvlərinin ayrı-ayrılıqda mandatlarının dayandırılması üçün AŞPA prezidentinə müraciət etdiklərini qeyd edib. O, AŞPA prezidenti ilə danışaraq hazırda qurumda Gürcüstan parlamentinin üzvlərinin olmadığı barədə məlumat verəcəyini qeyd edib.

Bizimlə əlaqə saxlayın