Azərbaycan və Tunis arasında çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub
8 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirakı çərçivəsində Tunis Respublikasının xarici işlər, immiqrasiya, və xaricdəki tunislilər naziri Məhəmməd Əli Əl-Nafti ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, Azərbaycan və Tunis arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Ortaq dini və mədəni köklərlə bağlı olan ölkələrimiz arasında müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti, habelə bu istiqamətdə geniş potensialın mövcud olduğu qeyd edilib.
Bu xüsusda, Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin yaradılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan ilə Tunis arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan və Tunis XİN rəhbərləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib
Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq müzakirə edilib
Azərbaycan və Latviya XİN başçıları regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
Azərbaycan-Kolumbiya əməkdaşlıq perspektivləri, COP29-a sədrlik müzakirə olunub
Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlər müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
