Azərbaycan və Tunis XİN rəhbərləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib
8 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirakı çərçivəsində Tunis Respublikasının xarici işlər, immiqrasiya, və xaricdəki tunislilər naziri Məhəmməd Əli Əl-Nafti ilə görüşüb.
APA xəbər verir ki, görüş zamanı, Azərbaycan və Tunis arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Ortaq dini və mədəni köklərlə bağlı olan ölkələrimiz arasında müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti, habelə bu istiqamətdə geniş potensialın mövcud olduğu qeyd edilib.
Bu xüsusda, Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin yaradılmasının əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Tunis arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan və Pakistan XİN rəhbərləri strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri İqli Hasani ilə görüşüb
Ceyhun Bayramov Latviya XİN başçısı ilə telefon danışığı aparıb
Azərbaycan və Moldova XİN rəhbərləri mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyini müzakirə edib
Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













