Azərbaycan səfiri Əlcəzair XİN-in dövlət katibi ilə beynəlxalq məsələləri müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan səfiri Əlcəzair XİN-in dövlət katibi ilə beynəlxalq məsələləri müzakirə edib


Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayev bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibi Səlma Baxta Mənsuri ilə Afrika və beynəlxalq məsələləri müzakirə edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Afrika ölkəsinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün (yanvarın 30-da – red.) nazirliyin mənzil–qərargahında <…> Mənsuri Sloveniyanın, Cənubi Koreyanın, Azərbaycanın Əlcəzairdə akkreditə olunmuş səfirləri xanım Urşka Mendak, cənab Yu Kiyun, cənab Tural Rzayevi nəzakət ziyarəti çərçivəsində qəbul edib”.

Qeyd olunub ki, görüşlərdə Afrika və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb, habelə əməkdaşlığın inkişafı yolları müzakirə edilib. Vurğulanıb ki, bu görüşlər “həmçinin ümumi prioritet sahələrində əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirmək imkanı yaradıb”.

Oxşar xəbərlər

Azərbaycan səfiri Nepalın xarici işlər üzrə katibi ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Bakı və Düşənbə arasında əməkdaşlıq müzakirə edilib
Səfir Səudiyyənin XİN başçısının müavini ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib
Azərbaycan səfiri Keniyanın informasiya naziri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər