Azərbaycan səfiri Nepalın xarici işlər üzrə katibi ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib
Azərbaycanın Nepala yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli bu ölkənin xarici işlər üzrə katibi Seva Lamsal ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Cənubi Asiya ölkəsinin Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə bildirib.
“Bu gün (sentyabrın 17-də – red.) Azərbaycanın Nepalda yeni təyin olunmuş qeyri-rezident səfiri Zati-aliləri cənab Elçin Hüseynli xarici işlər üzrə katib xanım Seva Lamsalla nəzakət görüşünə gəlib”, – məlumatda diqqətə çatdırılıb.
Qeyd olunub ki, görüşdə Azərbaycan – Nepal münasibətləri müzakirə olunub.
“Bu münasibətlə xarici işlər üzrə katib həmçinin 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-un uğurla baş tutması üçün ən xoş diləklərini çatdırıb”, – mətbuat xidməti əlavə edib.
Xatırladaq ki, daha əvvəl diplomat qeyri-rezident səfir olduğu Maldivin Prezidentinə etimadnaməsini təqdim etmişdi.
Oxşar xəbərlər
Azərbaycanın Maldivdəki qeyri-rezident səfiri etimadnaməsini adanın Prezidentinə təqdim edib
Azərbaycan səfiri Dominikan prezidentinin andiçmə mərasiminə qatılıb
Belçikanın yeni səfiri Azərbaycan XİN başçısının müavini ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
