Azərbaycan səfiri Keniyanın informasiya naziri ilə görüşüb
Azərbaycanın Keniyadakı səfiri bu ölkənin informasiya naziri Vilyam Kaboqo Gitau ilə görüşüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə nazirliyin bildirib.
“Azərbaycanın Keniya səfiri Zati-aliləri Sultan Hacıyev bu gün İnformasiya, Kommunikasiya və Rəqəmsal İqtisadiyyat Nazirliyinin mənzil-qərargahında qurumun kabinet katibi hörmətli Vilyam Kaboqo Gitau ilə ikitərəfli görüş keçirib”, – dövlət qurumunun sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın Nayrobidəki diplomatik nümayəndəsi Şərqi Afrika ölkəsinin gənclər və idman naziri Kipçumba Murkomenlə görüşərək innovasiya, yaşıl enerji, habelə idman kimi sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirmişdi.
Oxşar xəbərlər
Azərbaycan səfiri Keniyanın gənclər naziri ilə innovasiya, yaşıl enerji sahələrində əməkdaşlığı müzakirə edib
Keniya Prezidenti bir sıra nazirləri təyin edib
Keniya su təchizatı infrastrukturunun inkişafı üçün Azərbaycanın təcrübəsindən istifadə etmək istəyir
Azərbaycan səfiri Əfqanıstanın iqtisadiyyat naziri əvəzi ilə ticarət və tranziti müzakirə edib
Azərbaycan və Özbəkistanın İsraildəki səfirləri ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











